sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İmişlidə arıçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq qeydə alınıb
İmişli rayonunda bu il arıçılıq təsərrüfatlarında məhsuldarlıq ötən illə müqayisədə təxminən iki dəfə çox olub.
Bu barədə "Sizinxeber.az"un Muğan bürosuna İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ötən il xəstəlik və qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq bir arı ailəsindən orta hesabla 11-12 kq məhsul toplanıb. Bu il isə bu rəqəm 22-25 kq-a qədər artıb. Arıçılıq təsərrüfatları əsasən Qaragüvəndikli, Ağaməmmədli, Məmmədli və digər kəndlərdə mövcuddur.
Həmçinin qeyd olunub ki, rayonda ötən il 125, bu il isə 131 şəxs arıçılıq təsərrüfatı ilə məşğuldur. Ötən il 3 047, bu il 3 328 arı ailəsi mövcuddur.
Oxşar xəbərlər
Cəlilabadda arıçılıq təsərrüfatlarında məhsuldarlıq azalıb
İmişlidə şəkər çuğundurunun yığımında məhsuldarlıq qeydə alınıb
İmişlidə yem bitkilərinin yığımı yekunlaşıb, bu il məhsuldarlıq aşağı olub
İmişlidə pambıq yığımına başlanılıb
İmişlidə ötən illə müqayisədə boşanmaların sayı azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













