Azərbaycanda qonşu torpaq sahibləri 5 hektara qədər torpaqlarını birləşdirə biləcəklər
Azərbaycanda qonşu torpaq sahibləri 5 hektara qədər torpaqlarını birləşdirə biləcəklər.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, 25 hektardan yuxarı torpaq sahələrinin 1 %-i xüsusi kənd təsərrüfatı infrastrukturlarının, o cümlədən soyuducu anbarların, emal müəssisələrinin və digər obyektlərin inşası üçün istifadə edilə biləcək.
F. Tağıyev bildirib ki, kənd təsərrüfatı torpaqlarının qorunması və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə tikintiyə icazə verilməsi qaydaları kənd təsərrüfatı sektorunda investisiya mühitini daha əlçatan edəcək və fermerlərin istehsal imkanlarını genişləndirəcək.
"Hökumət tərəfindən təsdiqlənmiş standartlara uyğun olaraq həmin torpaq sahələrində lazımi infrastrukturu qurmaq mümkün olacaq. Eyni zamanda, dəyişikliklər kiçik torpaq sahiblərini torpaqlarını birləşdirməyə təşviq edəcək. Belə ki, bir və ya iki hektar torpaq sahəsinə malik olan qonşu torpaq sahibləri ümumilikdə 5 hektara qədər torpaqlarını birləşdirə biləcəklər. Bu yanaşma kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsini təmin edəcək və ərzaq təhlükəsizliyinə müsbət təsir göstərəcək", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Firudin Tağıyev: "Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların təxminən yarısı əkin üçün yararlıdır"
KTN: Azərbaycanda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırmaq mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
