Cəlilabadda 62 min hektardan çox əkin sahəsi şumlanıb 
sizinxeber.az xəbər saytı

Cəlilabadda 62 min hektardan çox əkin sahəsi şumlanıb 


Cəlilabad rayonunda əkin sahələrinin şumlanması işləri davam etdirilir.

Rayon Statistika İdarəsindən "Sizinxeber.az"un Muğan bürosuna verilən məlumata görə, bu günə qədər Cəlilabad rayonunda 62 500 hektar sahə şumlanıb.

Həmçinin 25 300 hektar sahəyə buğda, 6 000 hektar sahəyə arpa və 2 500 hektar sahəyə vələmir toxumu səpilib.

Qeyd edək ki, cari əkin mövsümündə rayon ərazisində 56 725 hektar sahədə buğda, 9 650 hektar sahədə arpa və 3 160 hektar sahədə vələmir becərilib.

Oxşar xəbərlər

Cəlilabadda arpa əkini başlayıb
Biləsuvarda arpa əkini başlayıb
Cəlilabadda bu il 2 190 hektar sahədə təkrar əkin aparılıb
İmişlidə cari mövsümdə 42,9 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib
Biləsuvarda payız əkinində 32 min hektar sahədə dənli bitkilərin əkini planlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər