sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Biləsuvarda şəkər çuğundurunun məhsuldarlığı artıb
Bu il Biləsuvar rayonunda şəkər çuğundurunun məhsuldarlığı artıb.
"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində cari il 445 hektar sahədə şəkər çuğunduru əkilib. Nəticədə sahələrdən bu günə qədər 15 285 ton məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 468,1 sentner olub.
Qeyd edək ki, ötən il rayon ərazisində 198 hektar sahədə şəkər çuğunduru bitkisi becərilib. Cari ilin müvafiq dövrü ilə müqayisədə ötən il sahələrdən 8 923,4 ton məhsul əldə olunub və orta məhsuldarlıq 265,9 sentner təşkil edib.
Sahələrdən məhsulun yığımı davam edir.
Oxşar xəbərlər
Biləsuvarda şəkər çuğunduru yığımı başlayıb, bu il məhsuldarlıq ötənilkindən çoxdur
Biləsuvarda pomidorun məhsuldarlığı bu il 4 dəfəyə yaxın artıb
Bu il Salyanda 250 hektar sahədə şəkər çuğunduru əkilib
Cəlilabadda yoncanın məhsuldarlığı azalıb
Biləsuvarda nar yığımı başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













