Rusiya Azərbaycana süd məhsullarının tədarükünü iki dəfə artıra bilər
Yaxın illərdə Rusiyadan Azərbaycana süd məhsullarının ixracı 2-2,5 dəfə arta bilər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya ixracatçı şirkətlərinin işgüzar missiyası çərçivəsində Bakıda keçirilən "Süd məhsullarının tədarükünün artırılması potensialı" adlı dəyirmi masanın yekunları üzrə “Aqroeksport” mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, 2023-cü ildə Rusiya Azərbaycana 17 min ton süd məhsulları tədarük edib. Eyni zamanda, bu cür tədarüklə məşğul olan şirkətlərin qiymətləndirmələrinə görə, növbəti iki il ərzində bu həcmi 2-2,5 dəfə artırmaq üçün bütün şərtlər mövcuddur.
Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın süd, qənnadı sənayesi və “HoReCa” seqmentinin xammal bazasının təmin edilməsində tərəfdaş olmağa hazırdırlar.
2019-2023-cü illərdə Rusiyadan Azərbaycana süd məhsulları tədarükünün dəyəri 1,5 dəfə artaraq 19 milyon ABŞ dollarına çatıb. Tədarükün əsasını turş süd məhsulları (44 %), pendir (19 %) və quru süd (14 %) təşkil edir.
Oxşar xəbərlər
Rusiyadan Azərbaycana ərzaq məhsullarının ixracı 2030-cu ilədək 1 milyard dollara qədər arta bilər
Rusiyanın biznes missiyası sentyabrın sonunda Bakıya gələcək
Rusiya Azərbaycana buğda tədarükünü artırmağa hazırdır
AZPROMO: İraqa məhsul ixracı üçün böyük potensial var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
