Rusiya Azərbaycana buğda tədarükünü artırmağa hazırdır
Bakı və Moskva Rusiyadan Azərbaycana düyü toxumunun tədarükü imkanlarını öyrənir.
“Report” Rusiya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ bu gün Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lutun görüşündə müzakirə olunub.
Məlumatda qeyd olunub ki, bu ilin 8 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 % artıb.
Tərəflər bildiriblər ki, Rusiyadan Azərbaycana əsasən buğda, günəbaxan yağı və qənnadı məmulatları ixrac edilir.
“Görüşdə vurğulanıb ki, Rusiya müəssisələri Azərbaycana buğda, yağ-piy məhsulları və şəkər tədarükünü artırmağa hazırdır”, - nazirlikdən qeyd ediblər.
Oxşar xəbərlər
Türkiyə Rusiyadan buğda tədarükünü artırıb
Qazaxıstan Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazırdır
Rusiya buğdanın ixrac rüsumunu artıracaq
Rusiyanın biznes missiyası sentyabrın sonunda Bakıya gələcək
Yaponiya Rusiya ilə ticarəti maksimum azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













