Azərbaycan və Efiopiya kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Efiopiya kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Azərbaycan və Efiopiya kənd təsərrüfatının modernləşdirilməsi imkanlarını, qarşılıqlı ticarətin genişləndirilməsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Efiopiyanın kənd təsərrüfatı naziri Girma Amente "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bununla bağlı müzakirələr azərbaycanlı həmkarı Məcnun Məmmədov ilə keçirilən görüşdə baş tutub.

Görüş Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən BMT-nin Ərzaq Sistemləri üzrə 2-ci Sammiti (UNFSS+4) çərçivəsində baş tutub.

Tərəflər, həmçinin kadr potensialının artırılması və mütəxəssislərin peşə hazırlığı proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

Oxşar xəbərlər

Azərbaycan və Qazaxıstan aqrar sahədə birgə layihələr icra edəcək
Azərbaycan aqrar sığorta təcrübəsini Gürcüstanla bölüşəcək
Məcnun Məmmədov: "Şərabçılıq kənd təsərrüfatının diversifikasiyası üçün vacibdir"
Azərbaycan Pakistanla aqrar sahədə əməkdaşlığı müzakirə edib
Nazir müavini: “Azərbaycan Latviya ilə əməkdaşlığa dair bütün təşəbbüsləri dəstəkləyir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər