Maliyyə Nazirliyi: Kənd təsərrüfatına subsidiyalar artıb, məhsuldarlıq isə azalıb
Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi və güzəştlərin tətbiqi üçün 2020-2024-cü illər ərzində ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri çərçivəsində dövlət büdcəsindən 2,2 milyard manatdan artıq vəsait yönəldilib.
Bu barədə “APA-Economics” Maliyyə Nalirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, aparılan monitorinq və təhlillər nəticəsində müəyyən edilmiş bitki növləri üzrə son dövrlərdə fermerlər və kənd təsərrüfatı subyektləri tərəfindən istifadə edilmiş subsidiyaların məbləği ilə həmin bitki növlərinin istehsalından əldə edilmiş məhsulların həcmi arasında uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, Aqrar Subsidiya Şurasının qərarları əsasında hər il üçün müəyyən edilən əkin subsidiyasının əmsallarının dövri olaraq artırılmasına baxmayaraq, həmin bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunmuş, habelə istifadə edilmiş subsidiyanın məbləğinə uyğun istehsal həcminə nail olunmayıb.

Oxşar xəbərlər
Hesablama Palatası: Kənd təsərrüfatına verilən subsidiyalar arzuolunan nəticə vermir
Subsidiyalar artsa da, bitkiçilik və heyvandarlıqda məhsuldarlıq azalıb
Baş nazir hökumət qarşısındakı 3 çağırışı açıqlayıb
KTN-in hansı hallarda vergi sirrinə aid məlumatları əldə edəcəyi müəyyənləşir
Kənd təsərrüfatı itexnikalarının satışı və lizinqinə tətbiq edilən güzəştlər artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













