Subsidiyalar artsa da, bitkiçilik və heyvandarlıqda məhsuldarlıq azalıb
Hesablama Palatası tərəfindən aparılan təhlillər dövlət büdcəsindən bitkiçilik sahəsinə verilmiş subsidiyaların cəmi məbləğlərinin, eləcə də 1 hektara düşən subsidiya məbləğinin 2020-ci ildən başlayaraq davamlı surətdə artdığı şəraitdə 1 hektara düşən istehsal edilmiş bitkiçilik məhsulunun dəyərinin 2024-cü ildə 2023-cü illə müqayisədə 434,1 manat (13%) azalıb.
“APA-Economics” xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata” Hesablama Palatasının rəyində bildirilib.
Qeyd edilib ki, eyni zamanda, çoxillik əkmələrlə birlikdə kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsinin 2023-cü illə müqayisədə 345,4 min hektar (19,4%) artaraq kənd təsərrüfatına yararlı torpaq sahələrinin əvvəlki illə müqayisədə daha çox hissəsini (89,9%-ni) təşkil etməsinə baxmayaraq nəticəlilik göstəricilərində (məhsuldarlıq, istehsal) artım müşahidə olunmayın
Rəydə bildirilib ki, aparılan təhlillər müvafiq tendensiyanın heyvandarlıq sahəsində də izləndiyini göstərir. Belə ki, Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə süni mayalanma yolu ilə doğulmuş hər baş buzova 100 manat məbləğində subsidiyanın və damazlıq heyvanların dəyərinin 60%-nə güzəştin tətbiq olunmasına baxmayaraq respublikada iribuynuzlu mal-qaranın, qoyun və keçilərin baş sayı 2016-cı ildən başlayaraq (2020-ci ilin yekunu istisna olmaqla) davamlı surətdə azalmış, 2024-cü ilin sonuna müvafiq olaraq 2459,7 min və 6850,2 min baş təşkil edib.
Oxşar xəbərlər
Hesablama Palatası: Kənd təsərrüfatına verilən subsidiyalar arzuolunan nəticə vermir
Ötən il büdcə vəsaitin 6.6 mlrd. manatdan çoxu dekabrda xərclənib
Keçən ilin dövlət büdcəsinin icrasıyla əlaqədar əsas məqamlar açıqlanıb
Ölkədə istehsalı mümkün olan malların idxalı 4.5 mlrd. manata yaxınlaşıb
Azərbaycanda aqrar sektor 1.5 % böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












