KİV: İran ABŞ-nin atəşkəsə dair yeni təklifini rədd edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2026
11:44
ff aaaaaaa

KİV: İran ABŞ-nin atəşkəsə dair yeni təklifini rədd edib

24 iy, 2026
11:44
787

KİV: İran ABŞ-nin atəşkəsə dair yeni təklifini rədd edib

Tehran cümə axşamı günü İraqın Baş naziri Əli əz-Zeydi vasitəsilə çatdırılan Vaşinqtonun atəşkəs təklifindən imtina edib.

Oxu.Az xəbər verir ki, bu məlumatı "The New York Times" (NYT) nəşri öz gizli mənbələrinə əsaslanaraq yayımlayıb.

Nəşrin məlumatına görə, İran rəsmiləri bildiriblər ki, Tehran Hörmüz boğazına nəzarət problemini həll olunmamış qoyacaq müvəqqəti razılaşmada maraqlı deyil. ABŞ tərəfindən irəli sürülən təklifin dəqiq detalları isə nəşr tərəfindən açıqlanmayıb.

Xatırladaq ki, ötən həftənin sonlarında İraqın Baş naziri ABŞ-yə rəsmi səfər edərək, ABŞ Prezidenti Donald Trampla görüşüb. 23 iyul, cümə axşamı isə Əli əz-Zeydi İran dövlət başçısı Məsud Pezeşkianın xüsusi dəvəti ilə Tehrana gedib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul