Sizinxeber.az » İKT » Azərbaycan və Türkiyə maliyyə sahəsində süni intellektin tətbiqinə dair ortaq model yarada bilər

Azərbaycan və Türkiyə maliyyə sahəsində süni intellektin tətbiqinə dair ortaq model yarada bilər

  • 23-06-2025, 14:00
  • İKT
  • 0
  • 11 528

Azərbaycan və Türkiyə maliyyə sahəsində süni intellektin tətbiqinə dair ortaq model yarada bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Türkiyənin Kredit Bürosunun rəhbəri Orkun Deniz Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda süni intellekt üçün lazım olan GPU investisiyaları ortaq model əsasında həyata keçirilə bilər: “Hər bir şirkət, bank və ya maliyyə qurumunun ayrıca şəkildə süni intellekt üçün GPU almasına ehtiyac yoxdur. Biz bu investisiyanı ortaq şəkildə edirik və bu modeli ölkə üçün daha effektiv hesab edirik. Bu yanaşma Azərbaycanda da tətbiq oluna bilər”.

O. Deniz əlavə edib ki, süni intellekt sahəsində geniş transformasiya məqsədilə Kredit Bürosu artıq konkret addımlar atıb: “Bu istiqamətdə ilk addımlardan biri strateji baxışın hazırlanması və 375 generativ süni intellekt istifadə halının (“use case”) müəyyənləşdirilməsi olub”.

O hesab edir ki, bu prosesi yalnız daxili resurslarla həyata keçirmək mümkün deyil: “Bu məqsədlə universitetlər, akademiyalar, fintex şirkətləri və innovasiya mərkəzləri ilə əməkdaşlıq edirik. Kimsə yaxşı bir həll təklif edirsə, biz onu büro daxilində pilot layihə kimi sınaqdan keçiririk. Əgər uğurlu olarsa, həmin həlli bazara xidmət kimi təqdim edirik”.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !