Latviya Seyminin deputatı: Azərbaycan Qafqazda enerji, tranzit və siyasi təsir mərkəzinə çevrilib
ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sənəd Qafqaz regionunun siyasi xəritəsində yeni mərhələni inşa edir.
Bunu "Sizinxeber.az"un Şərqi Avropa bürosuna açıqlamasında Latviya Seyminin deputatı Roman Naudinş bildirib.
Deputat beynəlxalq ticarət üçün açılan Zəngəzur marşrutunun Azərbaycan, Türkiyə və Avropa arasında yük axınlarını əhəmiyyətli dərəcədə asanlaşdıracağını, Azərbaycanı tranzit mərkəzi kimi gücləndirəcəyini və regional iqtisadiyyatlar üçün yeni perspektivlər açacağını qeyd edib:
"Proqnozlaşdırılır ki, qlobal ticarət yaxın illərdə 50-100 milyard dollar, Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu isə 5 faizdən çox artacaq. Belə bir diplomatik uğurla Azərbaycan Prezidenti İlham Əliyev ermənilər tərəfindən işğal olunmuş ərazilərin qaytarılmasından sonra öz qələbə yürüşünü davam etdirir. Onun rəhbərliyi dövründə Azərbaycan Qafqazda enerji, tranzit və siyasi təsir mərkəzinə çevrilib. İlham Əliyev özünü təkcə danışıqlarda istənilən nəticəyə nail olmaq deyil, həm də Azərbaycanın iqtisadi və təhlükəsizlik maraqlarını səmərəli şəkildə qoruyan təcrübəli siyasətçi kimi göstərib".
Oxşar xəbərlər
Latviya Seyminin azərbaycanlı deputatı: Azərbaycanla bağlı əhəmiyyətli plan və layihələrimiz var
Latviya Seyminin deputatı: 1990-cı ildə Bakıda törədilmiş qırğın SSRİ-nin dağılması üçün mühüm katalizator oldu
İlham Əliyev: Ermənistan Zəngəzur dəhlizini bloklamaqda davam edərsə, tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşacaq
Vüqar Bayramov: "Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-yə ixracına ciddi təsir göstərməyəcək"
Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında imzalanan sənəd davamlı sülhə doğru mühüm addımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












