Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi
sizinxeber.az xəbər saytı

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə görüşündə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib.

Sizinxeber.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə lideri özünün sosial şəbəkə hesabında paylaşım edib.

Ərdoğan Zirvədə qəbul olunan Qəbələ Bəyannaməsinin türk dünyası və dost ölkələr üçün xeyirli olmasını arzulayıb. O, "dildə, fikirdə, işdə birlik" prinsipinə əsaslanan TDT-nin qısa müddətdə mühüm uğurlar qazandığını vurğulayıb.

Türkiyə lideri Zirvənin regional sülh və təhlükəsizlik mövzusunun aktuallığını qeyd edərək, təşkilatın regional sabitlik və əməkdaşlığın gücləndirilməsində önəmli rol oynadığını bildirib.

Ərdoğan Azərbaycan və Ermənistan liderləri arasında 8 avqustda imzalanan ortaq bəyanatı müsbət addım kimi qiymətləndirib, həmçinin Xəzərdən keçən Orta Dəhlizin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.


Oxşar xəbərlər

Ərsin Tatar İlham Əliyevə təşəkkür etdi
Rəcəb Tayyib Ərdoğan Qəbələyə səfər edəcək
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Ərdoğan Prezident İlham Əliyevə təşəkkür edib
Ərdoğan: “Türkiyə Orta Dəhlizin inkişafı üçün TDT-nin xüsusi nümayəndəsi ola bilər”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər