CENTCOM: İranla əlaqəli səkkiz gəmi ələ keçirilib
CENTCOM: İranla əlaqəli səkkiz gəmi ələ keçirilib
İranın dəniz blokadası bərpa edildiyi vaxtdan bəri ABŞ Hərbi Dəniz Qüvvələri İran limanına istiqamətlənən və ya oradan çıxan bu ölkə ilə əlaqəli səkkiz ticarət gəmisini ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"İyulun 21-nə olan məlumata görə, blokadaya tam riayət olunmasını təmin etmək çərçivəsində ABŞ qüvvələri səkkiz kommersiya gəmisinin istiqamətini dəyişdirib və birini sıradan çıxarıb", - məlumatda deyilir.
Xatırladaq ki, ABŞ Bakı vaxtı ilə iyulun 15-i Hörmüz boğazı ərazisində İran limanlarının blokadasını bərpa edib. Aprelin 13-dən iyunun 18-dək olan dövrdə də İrana qarşı dəniz blokadası olunub. İki aylıq dövr ərzində CENTCOM qüvvələri 140-dan çox gəminin istiqamətini dəyişdirib, doqquzunu isə sıradan çıxarıb.
