İlham Əliyev: Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Azərbaycan Ermənistana 12 min ton neft məhsulları göndərib


Azərbaycan artıq Ermənistana 12 min ton neft məhsulları ixrac edib.

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

"Biz Ermənistana neft məhsullarımızı, benzin və dizel yanacağını tədarük etməyə başladıq və bununla da ticarət münasibətlərinin əsasını qoyduq. İndiyədək Ermənistana 12 min ton neft məhsulları ixrac etmişik", - İ.Əliyev bildirib. Prezidentin sözlərinə görə, Azərbaycan həmçinin öz ərazisi vasitəsilə 28 min ton yükün Ermənistana tranzitini təmin edib.

Oxşar xəbərlər

İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sülh reallıqdır
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
Bugün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər