Səfir: Niderland Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır
Niderland Azərbaycanla iqtisadi əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən energetika sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində maraqlıdır.
"Sizinxeber.az"un Laçına ezam olunmuş əməkdaşının sualını cavablandırarkən xarici diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində regionda səfərdə olan Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.
"Biz su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqələri və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarına hər zaman açığıq, buna görə də qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərini nəzərdən keçirməyə şadıq", - o qeyd edib.
Diplomat həmçinin bildirib ki, Niderland Bakı Enerji Həftəsində (1-3 iyun - red.) iştirak etmək üçün Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırır: "Bəli, yaxın vaxtlarda bizim başqa nümayəndə heyətlərimiz də olacaq".
Niderland və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın perspektivlərindən danışan səfir qeyd edib ki, hazırda konkret layihələr yoxdur, lakin bu sahə perspektivli hesab olunur: "Bu, mütləq nəzərdən keçirilməyə dəyər bir istiqamətdir və gələcəkdə araşdıra biləcəyimiz bir məsələdir".
Oxşar xəbərlər
Marian de Yonq: Qarabağa səfər Niderland nümayəndə heyəti üçün heyranedici oldu
Niderland Azərbaycanla enerji və logistika sahəsində əməkdaşlıq imkanlarını araşdıracaq - EKSKLÜZİV
Niderland səfiri: "Azərbaycanla iqtisadi əməkdaşlıq üçün böyük potensial var"
Niderland Azərbaycanla parlamentlərarası məsləhətləşmələrə ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
