Niderland Azərbaycanla parlamentlərarası məsləhətləşmələrə ümid edir
Niderland tezliklə Azərbaycanla parlamentlərarası məsləhətləşmələrin keçirilməsinə ümid edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Niderlandın Bakıdakı səfiri Marian de Yonq bu gün keçirdiyi brifinqdə ölkəsinin parlamentinin bu yaxınlarda Azərbaycanın suverenliyi və Ermənistanla sülh prosesi ilə bağlı anti-Azərbaycan sənədlərini qəbul etməsini şərh edərkən bildirib.
Səfir bu sənədlərlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.
Marian de Yonq xüsusilə qeyd edib ki, Niderland hökumətinin Azərbaycan və Ermənistan arasında sülh prosesindəki rəsmi mövqeyi son dərəcə balanslıdır.
"Biz hər iki ölkə ilə danışırıq, bu regionda sülhün əldə edilməsi prosesində hər iki ölkəni dəstəkləyirik ki, bu da çox vacibdir. Mənim nazirim (Niderland XİN başçısı Tom Berendsen - red.) bildirib: mən hər iki ölkə ilə danışıram, sülh prosesini dəstəkləyirəm.
Beləliklə, mənim üçün heç nə dəyişməyib. Hökumət üçün heç nə dəyişməyib. Buna görə də ümid edirəm ki, bu, hökumətlərarası münasibətlərə təsir etməyəcək. Biz parlamentlərarası məsləhətləşmələr təşkil etməyə ümid edirik. Düşünürəm ki, bu, parlament nümayəndələrinin bir-biriləri ilə ünsiyyət qurması üçün əla fürsət olardı", - səfir bildirib.
Oxşar xəbərlər
Niderlandın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Azərbaycan və Niderland siyasi məsləhətləşmələrin növbəti raundunun tarixini tezliklə müəyyən edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
