Elçin Əmirbəyov Britaniyada bir sıra görüşlər keçirib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyada bir sıra görüşlər keçirib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, E. Əmirbəyov Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Barbara Vudörd, Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə direktoru Ed Leuelin, müdafiə və təhlükəsizlik məsələləri üzrə director Conatan Allan, Şərqi Avropa və Mərkəzi Asiya departametinin direktoru Kristofer Allan, Parlamentin İcmalar Palatasının sədr müavini Nüsrət Qani, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmən və bir sıra parlament üzvləri ilə görüşüb.
Bundan başqa, prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda ekspertlər, tədqiqatçılar və akademik dairələrin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada çıxış edib.
E. Əmirbəyov nüfuzlu "The Guardian" və "Daily Express" nəşrlərinə müsahibə verib.
Oxşar xəbərlər
Elçin Əmirbəyov və Jiri Brodski Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər
Elçin Əmirbəyov Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri ilə görüşüb - FOTO
Elçin Əmirbəyov Çexiya rəsmiləri ilə görüşlərdə Ermənistanla normallaşma prosesindən danışıb
Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
