Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq
sizinxeber.az xəbər saytı

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq


Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda panel müzakirə zamanı deyib.

O, Orta Dəhlizin bu yöndə xüsusi üstünlüyünə diqqət çəkib:

"Cənubi Qafqazda biz sadəcə ticarəti düşünmürük, bununla bərabər biz sülhü də düşünürük. Bölgəmizdə onillər boyu münaqişə mövcud idi. Bu gün de-fakto olaraq Ermənistanla sülh içərisində yaşayırıq, bu da bizim üçün yeni fürsətlər açır".

Xüsusi nümayəndə Zəngəzur dəhlizinin çox böyük bir layihə olduğunu deyib:

"Zəngəzur dəhlizi reallaşdığı zaman, sadəcə, Azərbaycanla Naxçıvan arasında yol deyil, Asiya ilə Avropa arasında ciddi bir bağlantı rolunu oynayacaq.

Nəticə etibarilə Cənubi Qafqaz onillər boyu sürən düşmənçilik münasibətlərindən qurtulub işbirliyi istiqamətində inkişafda olan, sülh və rifah dolu bir bölgəyə çevrilməkdədir".

Oxşar xəbərlər

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi münasibətlərin yaxşılaşdırılması və Cənubi Qafqazın möhkəmlənməsinin açarıdır
İlham Əliyev: "Yaxın gələcəkdə Zəngəzur dəhlizi Orta Dəhlizin daha bir mühüm seqmenti olacaq"
İrakli Kobaxidze: Cənubi Qafqaz dünyada baş verən proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir
Elçin Əmirbəyov: Cənubi Qafqaz həm çağırışlar, həm də imkanlarla üzləşir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər