İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir
sizinxeber.az xəbər saytı

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir


İsveç diplomatlarını İrandan təxliyə edib, diplomatik missiya Bakıda fəaliyyətini davam etdirir.

"Report"un məlumatına görə, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard "X" hesabında yazıb.

"İranda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq İsveçin Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyin isveçli əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik Bakıda işini davam etdirir. Tehranda təhlükəsizliklə bağlı vəziyyət son dərəcə qeyri-müəyyən olaraq qalır. İsveçin Xarici İşlər Nazirliyi 2022-ci ildən İrana istənilən səfərlərdən çəkinməyi tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", - nazir qeyd edib.

Oxşar xəbərlər

İsveçin yeni xarici işlər nazirinin adı bəlli olub
İsveçin yeni xarici işlər naziri bəlli olub
İtaliyanın xarici işlər naziri: "İrandakı səfirliyimiz fəaliyyətini Bakıda davam etdirəcək"
Avropanın bir neçə ölkəsi vətəndaşlarını İranı tərk etməyə çağırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər