Meksika səfiri Naxçıvanda əməkdaşlıq imkanlarını müzakirə edib
sizinxeber.az xəbər saytı

Meksika səfiri Naxçıvanda əməkdaşlıq imkanlarını müzakirə edib


Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Naxçıvana səfər edib.

"Report"un yerli bürosu xəbər verir ki, diplomat aprelin 24-də Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüb.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Meksika arasında dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub.

Görüşdə həmçinin Naxçıvan ilə Meksikanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər memorandumların imzalanması, ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsinin təşkili, eləcə də birgə akademik və elmi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

AFFA-nın baş katibi Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
Meksika səfiri ölkəsinin Müstəqillik Gününü Şuşada qeyd edib
Ceyhun Bayramov Sudanın yeni təyin olunmuş səfiri ilə görüşüb
Azərbaycan səfiri və Mərakeşin təhsil naziri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Türkiyə səfiri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər