Təhsildə Keyfiyyət Təminatı Agentliyinin zərəri 84 %-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin zərəri 84 %-ə yaxın artıb


Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2025-ci ili 327 min manat zərərlə başa vurub.

"Sizinxeber.az" Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 83,7 % çoxdur.

Ötən il TKTA-nın əsas əməliyyat gəlirləri 1,474 milyon manat (illik müqayisədə 18,4 % çox), satışının maya dəyəri 1,415 milyon manat (5,1 % az), digər əməliyyat gəlirləri 4,749 milyon manat (21,2 % az), inzibati xərcləri 5,135 milyon manat (13 % az) təşkil edib.

Bu il yanvarın 1-nə TKTA-nın aktivləri 456 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,1 dəfə azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 5,3 dəfə azalaraq 252 manata, balans kapitalı isə 2,6 dəfə azalaraq 204 min manata düşüb.

Xatırladaq ki, TKTA ölkə prezidentinin 29 dekabr 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Agentlik Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi ilə məşğuldur.

Oxşar xəbərlər

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mənfəəti 5 dəfə artıb
KOBİA ötən ili mənfəətlə başa vurub
Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər