Ermənistanın baş nazirinin keçmiş müavini əleyhinə cinayət işi məhkəməyə göndəriləcək
Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın əleyhinə ehtimal olunan pulların yuyulması ilə bağlı cinayət işi məhkəməyə göndəriləcək.
"Sizinxeber.az" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Antikorrupsiya Komitəsi məlumat yayıb.
İlkin istintaq başa çatıb, materiallar məhkəməyə göndərilmək üçün prokurora təqdim edilib. Gevorkyan 4,92 milyard dram (12 milyon dollardan çox) məbləğində çirkli pulların yuyulmasında ittiham olunur.
İş hələ 2021-ci ilin mayında qaldırılmışdı, materiallara görə, Gevorkyan qeyri-qanuni gəlirləri leqallaşdırmaq məqsədilə onlarla daşınmaz əmlak alıb və onları qohumlarının adına rəsmiləşdirib.
O 2000-ci ildən 2018-ci ilə qədər bir sıra yüksək vəzifələr tutub: prezidentin birinci köməkçisi, prezident aparatının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, ərazi idarəetmə və inkişaf naziri, Ermənistanın baş nazirinin müavini.
İstintaq hesab edir ki, siyasətçi 2004-2018-ci illərdə yuxarıda göstərilən məbləğdə qanunsuz gəlirlər əldə edib. Bu gəlirləri leqallaşdırmaq üçün o, İrəvanda və regionlarda 39 daşınmaz əmlak obyekti alıb və qohumlarının adına qeydiyyatdan keçirib. Bu daşınmaz əmlakın ümumi dəyəri 751,3 milyon dram (təxminən $1,9 milyon) olaraq qeydiyyata alınıb.
Bundan əlavə, A.Gevorkyan öz qohumlarının adına Çexiyada ümumi dəyəri 391,9 milyon dram ($920 min) olan 10 obyekt qeydiyyatdan keçirib.
Oxşar xəbərlər
Ermənistan Baş nazirinin keçmiş müavini 13 milyon dollarlıq çirkli pulların yuyulmasında təqsirləndirilir
İrəvanın eks-merinin işi məhkəməyə göndərilib
Ermənistanın eks-prezidentinə qarşı cinayət işinə xitam verilib
Ermənistanın keçmiş prezidentinə qarşı cinayət işi məhkəməyə verilib
Ermənistanda çirkli pulların yuyulmasında iştirak edən polis rəsmisinə bəraət verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib
-
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
-
“İsgəndər M” Şuşaya necə zərbə endirdi?” - İlham Əliyev












