Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh yaxındır
Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması məsələsi ilə bağlı məsləhətləşmələri davam etdirir.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda Slovakiyanın Baş naziri Robert Fitso ilə birgə brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh çox yaxındır.
"Ümid edirəm ki, bugünkü məruzəm zamanı Ermənistan və Azərbaycan arasında sülhün nə qədər yaxın olduğunu beynəlxalq tərəfdaşlarımız üçün daha nəzərəçarpan etməyə nail oldum. Əlbəttə, biz öz öhdəliyimizi tam şəkildə yerinə yetirəcəyik. Bu tarixi fürsəti (sülh sazişinin imzalanmasını) qaçırmamaq üçün Azərbaycanla məsləhətləşmələri davam etdiririk. Bu imkan əldən verilməyəcək. Çətinliklər olsa da, irəliləyirik", - baş nazir bildirib.
Oxşar xəbərlər
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır
Paşinyan Estoniya Prezidenti ilə Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasını müzakirə edib
Nikol Paşinyan və Frank-Valter Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
