

Rusiya ilə "1000-in 1000-ə" formatında əsir mübadiləsi Ukraynada müzakirə edilib
Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilən müşavirədə Rusiya ilə "1000-in 1000-ə" formatında əsir mübadiləsi müzakirə edilib.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin özü sosial şəbəkələrdə paylaşım edib.
"Mübadilənin hazırlanması ilə bağlı müşavirə keçirdim. Rusiya əsirliyindən 1000 nəfərin azad edilməsi ilə bağlı razılaşma Türkiyədəki görüşün demək olar ki, yeganə real nəticəsi oldu. Bu nəticənin təmin edilməsi üçün çalışırıq", - o qeyd edib.
V.Zelenskinin sözlərinə görə, iclas zamanı Rusiya tərəfi ilə əlaqələr barədə məruzələr dinlənilib. O əlavə edib ki, mübadiləyə Ukrayna müdafiə naziri Rüstəm Umerov nəzarət edir. Bundan əlavə, prosesə Təhlükəsizlik, Xarici Kəşfiyyat xidmətləri, Daxili İşlər Nazirliyi, Ali Radanın insan hüquqları üzrə müvəkkili və Prezident Ofisinin komandası cəlb olunub.
Qeyd edək ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov tərəflər arasında əsir mübadiləsinin maksimum sürətlə keçməsində bütün tərəflərin maraqlı olduğunu bildirib.
Oxşar xəbərlər
Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
Miroşnik: Təkcə əsirlərlə bağlı razılaşmaya görə İstanbulda görüşməyə dəyərdi
Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi baş tutacaq
Ukrayna müdafiə naziri: Müharibəni bitirmək istəyirik
Ukrayna və Rusiya növbəti əsir mübadiləsini həyata keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
