İran ABŞ ilə danışıqların beşinci raundunun keçirilməsi təklifini alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
may
2025
11:30

İran ABŞ ilə danışıqların beşinci raundunun keçirilməsi təklifini alıb

20 may, 2025
11:30
642

İran ABŞ ilə danışıqların beşinci raundunun keçirilməsi təklifini alıb

İran nüvə proqramı ətrafında yaranmış vəziyyətin nizamlanması məsələsi ilə bağlı ABŞ ilə birbaşa olmayan danışıqların beşinci raundunun vaxtı və yeri barədə təklif alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib.

"Biz İran və ABŞ arasında birbaşa olmayan danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı təklif almışıq. Hazırda həmin təklifə baxılır", - o qeyd edib.

Bizimlə əlaqə saxlayın