Ağ Ev Avropaya Ukrayna ilə bağlı çağırış edib
sizinxeber.az xəbər saytı

Ağ Ev Avropaya Ukrayna ilə bağlı çağırış edib


ABŞ prezidenti Donald Trampın mövqeyi ondan ibarətdir ki, Avropa Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün daha çox iş görməlidir.

“Sizinxeber.az”un xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Prezident (Tramp) həmişə təkid edib ki, Avropa daha çox iş görməlidir - istər Rusiya və Ukraynadakı bu müharibəni sona çatdırmaq üçün səylər baxımından, istər NATO xərcləri, istərsə də öz müdafiə xərcləri baxımından. Bir çox Avropa liderləri Ağ Evə gələndə o, bunu həm özəl, həm də açıq şəkildə onlara açıqlayıb”, - deyə o qeyd edib.

Bundan əvvəl Böyük Britaniya hökuməti Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə xarici işlər nazirləri səviyyəsində aprelin 23-də Londonda baş tutmalı olan danışıqların təxirə salındığını bildirib. Görüş daha aşağı səviyyədə baş tutub.

Oxşar xəbərlər

Tramp NATO-nun baş katibi ilə görüşəcək
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək
Kreml: Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün hələlik ilkin şərtlər yoxdur
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğunu açıqlayıb
Aİ: Zelenski olmadan Tramp və Putin arasında Ukrayna ilə bağlı müzakirə aparmaq təəccüblüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər