Haqqımızda Reklam
ru
13 
may
2025
19:30

Zelenski: Trampın Türkiyədəki danışıqlarda iştirakı Putinin iştirakı üçün təkan olacaq

13 may, 2025
19:30
646

Zelenski: Trampın Türkiyədəki danışıqlarda iştirakı Putinin iştirakı üçün təkan olacaq

ABŞ Prezidenti Donald Trampın Türkiyədəki sülh danışıqlarında iştirakı Rusiya lideri Vladimir Putinin də oraya gəlməsi üçün əlavə təkan verəcək.

“Sizinxeber.az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

“Biz Prezident Trampa danışıqlara qoşulmağı təklif etdik. Hələlik ABŞ Prezidentinin hansı qərarı verdiyini bilmirəm. Amma istənilən halda, o, iştirakını təsdiqləsəydi, məncə, bu, Putinin də gəlməsi üçün əlavə təkan olardı”, - o deyib.

Bizimlə əlaqə saxlayın