Zelenski Rusiyanın iştirakı ilə danışıqlara hazır olduğunu təsdiqləyib
Ukrayna lideri Volodimir Zelenski bəyan edib ki, Moskva, həmçinin Brüssel, Vaşinqton və Kiyevin iştirakı ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara başlanacağını gözləyir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə siyasətçi “Associated Press” agentliyinə müsahibəsində bildirib.
O, həmçinin komandasının Tramp administrasiyası ilə əlaqə saxladığını, lakin məsləhətləşmələrin hələ də ümumi xarakter daşıdığını təsdiqləyib:
“ABŞ prezidenti Donald Trampla danışdıqdan sonra ruslarla hansısa söhbət formatına keçməliyik. Mən ABŞ, Ukrayna və Rusiyanı danışıqlar masası arxasında görmək istərdim. Avropa Birliyinin də səsi eşidilməlidir. Düşünürəm ki, ədalətli, səmərəli olardı. Amma bunun necə olacağını bilmirəm”.
V. Zelenski atəşkəs planı hazırlamaq üçün ABŞ prezidenti ilə tez bir zamanda şəxsi görüşə ümid etdiyini bildirib, eyni zamanda Vaşinqtonun Kiyevin iştirakı olmadan Moskva ilə ciddi müzakirələr aparması ilə bağlı bəyanatından narazılığını ifadə edib.
Oxşar xəbərlər
Zelenski: Ukrayna yanvarda ABŞ-dən sülh planı gözləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Ukrayna Rusiya ilə danışıqlara başlamağın əleyhinə deyil, amma yalnız bərabər şərtlərlə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vuçiç: Ukrayna Avropa İttifaqına üzv olmağa ən yaxın namizəd ölkədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













