NATO XİN başçılarının iclasında müzakirə olunacaq məsələlər açıqlanıb
sizinxeber.az xəbər saytı

NATO XİN başçılarının iclasında müzakirə olunacaq məsələlər açıqlanıb


Mayın 14-15-də Türkiyənin Antalya şəhərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bildirib.

Qeyd olunub ki, NATO-nun 32 müttəfiqinin təmsil olunduğu iclas alyansın dövlət və hökumət başçılarının iyunun 24-25-də Haaqada keçirəcəkləri Zirvə görüşünə hazırlıq olacaq.

İclas çərçivəsində müttəfiq ölkələrin xarici işlər nazirləri, NATO Baş katibi və digər yüksək səviyyəli alyans rəsmilərinin mayın 14-də Hakan Fidanın ev sahibliyi etdiyi tədbirdə bir araya gəlməsi gözlənilir.

Alyansın mayın 15-də səhər saatlarında keçiriləcək qeyri-rəsmi sessiyasında qurumun gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarlar müzakirə ediləcək.

Oxşar xəbərlər

Mayda NATO XİN başçılarının Türkiyədə qeyri-rəsmi görüşü keçiriləcək
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Türkiyə NATO XİN başçılarının görüşünün keçirilməsini təklif edib
Hakan Fidan Aİ XİN başçılarının qeyri-rəsmi toplantısında iştirak edəcək
Türkiyədə NATO XİN başçılarının iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle