Dağıstan rəhbəri: Mahaçqala sakinlərindən təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirəm - YENİLƏNİB
Mahaçqalada sürücü avtomobili saxlamağa çalışan DİN əməkdaşlarına atəş açıb.
"Sizinxeber.az"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan başçısı Sergey Melikov bildirib.
Onun sözlərinə görə, hadisə yerində hüquq-mühafizə orqanları işləyir.
"Mahaçqala sakinlərindən və paytaxtın qonaqlarından sakitliyi və elementar təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirəm", - deyə o qeyd edib.
Dağıstan DİN-i polis əməkdaşlarının ölüm faktını təsdiqləyib.
"Bu gün təxminən saat 14:20-də Mahaçqala şəhərində naməlum şəxslər Dağıstan Respublikası DİN-in DYP naryadına hücum ediblər. İlkin məlumata görə, hücum nəticəsində üç polis əməkdaşı həlak olub", - qurumun məlumatında deyilir.
Mahaçqalada (Dağıstan) hücum zamanı üç polis əməkdaşı həlak olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
Bildirilib ki, yol-patrul xidmətinin ekipajına silahlı iki naməlum şəxs hücum edib.
Hücum edənlərdən biri cavab atəşi ilə öldürülüb, digəri qaçıb. Onların ələ keçirilməsi istiqamətində əməliyyat keçirilir.
Bəzi məlumatlara görə, 12 yaşlı qız da yaralanıb.
Oxşar xəbərlər
İnquşetiyada DİN əməkdaşlarının avtomobili atəşə tutulub, ölən və yaralananlar var
Mahaçqalada yanğın baş verib, 200-dən çox insan təxliyə edilib
Mahaçqaladakı partlayışda ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
