KİV: ABŞ və İran arasında məsləhətləşmələrin ikinci raundu aprelin 19-da Romada keçiriləcək
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələrin növbəti raundunun aprelin 19-da Romada keçirilməsi planlaşdırılır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən bildirib.
"Üç mənbə mənə bildirib ki, ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların ikinci raundu şənbə günü Romada keçiriləcək", - o, “X” sosial şəbəkəsində yazıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın komandasında İrana yanaşma ilə bağlı fikir ayrılıqları yaranıb. Administrasiyanın bəzi nümayəndələri, o cümlədən vitse-prezident Cey Di Vens, Trampın xüsusi elçisi Stiven Uitkoff və Pentaqon rəhbəri Pit Heqset hesab edirlər ki, sövdələşmənin bağlanması üçün xüsusilə Vaşinqton tərəfindən mümkün güzəştləri nəzərdə tutan "diplomatik həll" lazımdır.
ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uoltsun təmsil olunduğu digər düşərgədə Tehranın Vaşinqtonla sövdələşmə nəticəsində nüvə proqramını dayandırması ehtimalına son dərəcə şübhə ilə yanaşırlar. Onlar əmindirlər ki, Tehran indi "hər zaman olduğundan daha zəifdir", buna görə də ABŞ onun nüvə proqramından imtina etməsində israr etməli, əks halda ya özü İrana zərbə endirməli, ya da İsrailin hücumunu dəstəkləməlidir.
Oxşar xəbərlər
Axios: ABŞ və İran arasında ikinci danışıqlar raundunun Romada keçirilməsi mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya-ABŞ məsləhətləşmələrinin ikinci raundu aprelin ortalarında Ər-Riyadda baş tuta bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: ABŞ ilə danışıqların ikinci mərhələsi Omanda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Stiven Uitkoff: Yeni saziş İranın uranın zənginləşdirilməsi proqramının ləğvi demək olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












