Ermənistan İstintaq Komitəsi: Sərhədçi minaya düşməyib, güllə yarasından ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ermənistan İstintaq Komitəsi: Sərhədçi minaya düşməyib, güllə yarasından ölüb - YENİLƏNİB


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları bölməsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu A.A. Sünik vilayətində, ilkin məlumata görə, ona təhkim edilmiş avtomatdan açılan güllə nəticəsində ölüb.

“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün cinayət işi açılıb, ibtidai istintaq aparılır. 

19:31

Ermənistanın Sünik vilayətində erməni sərhədçi minaya düşüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Hadisə nəticəsində sərhədçi ölüb. Mina partlayışının necə və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Ermənistanın İstintaq Komitəsi sərhədçinin öldüyünü təsdiqləsə də, əlavə məlumat verməyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb.

Oxşar xəbərlər

Ermənistan sərhədçisi minaya düşərək ölüb
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Ermənistanda oğurluqda şübhəli bilinən polislərə qarşı cinayət işi açılıb
Ermənistanda deputatın ölümü ilə bağlı cinayət işi açılıb
Ermənistanın İran və Türkiyə ilə sərhədində erməni sərhədçiləri də keşik çəkəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle