Davitaşvili: ABŞ-nin xarici siyasəti Gürcüstanla iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır
ABŞ-nin xarici siyasəti Gürcüstanla iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib.
O deyib ki, ABŞ-nin yeni xarici siyasəti daha çox iqtisadi maraqlara əsaslanır və bu yanaşma Gürcüstan üçün rasional və məqbul hesab olunur.
“Bu, əməkdaşlığımızın daha səmərəli və dərin olmasına şərait yaradan ilkin şərtdir”, – Davitaşvili qeyd edib.
Onun sözlərinə görə, görüşlər zamanı Gürcüstan tərəfi ABŞ ilə yeni çərçivə memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib. Sənədin əsas məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və yeni istiqamətlərin müəyyən edilməsidir.
“Buraya mövcud məhsulların ticarəti ilə yanaşı, ticarət dövriyyəsinin artırılması, "Orta Dəhliz"dən daha səmərəli istifadə, eləcə də texnologiya və innovasiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi daxildir”, – nazir vurğulayıb.
Oxşar xəbərlər
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Gürcüstan və ABŞ Amerikanın yeni administrasiyası ilə əməkdaşlığı müzakirə edib
Levan Davitaşvili: “Qara dəniz sualtı kabeli layihəsinin texniki-iqtisadi əsaslandırması hazırdır”
Gürcüstan və Çin Orta Dəhlizin inkişafı ilə bağlı sazişi rəsmiləşdirib
Nazir: Azərbaycanın D-8-ə qoşulması Pakistanla iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar açır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











