İran-ABŞ danışıqlarının növbəti mərhələsi aprelin 26-da Omanda keçiriləcək
İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun iştirakı ilə növbəti danışıqlar aprelin 26-da Omanda keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə Abbas Əraqçi İranın dövlət televiziya və radio şirkətinə müsahibəsində bildirib.
"Gələn şənbə günü biz ekspertlərin işinin nəticələrini müzakirə etmək üçün yenidən görüşəcəyik", - Əraqçi deyib.
Onun sözlərinə görə, İran və ABŞ nümayəndə heyətləri Romada 4 saat davam edən danışıqlarda bir sıra məsələlər üzrə anlaşma əldə edə biliblər. XİN rəhbəri, həmçinin qeyd edib ki, tərəflər məsləhətləşmələri yaxın günlərdə texniki səviyyədə davam etdirmək barədə razılığa gəliblər.
"Bu gün danışıqlar dörd saat davam edib və biz irəliləməyə davam edəcəyik. Bu dəfə biz bir sıra məsələlər üzrə daha böyük qarşılıqlı anlaşmaya nail ola bildik", - o vurğulayıb.
Oxşar xəbərlər
ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Omanda ABŞ ilə danışıqlar konstruktiv olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Omandakı danışıqlarda İranı Əraqçi, ABŞ-ni isə Uitkoff təmsil edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın XİN rəhbəri Romada ABŞ ilə növbəti danışıqlarda iştirakını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













