KİV: İran Romada ABŞ-yə yüksəksəviyyəli səfəri müzakirə etməyi planlaşdırırdı
İran nümayəndə heyəti Romada ABŞ ilə danışıqlar zamanı Vaşinqtona yüksəksəviyyəli səfərin təşkili imkanlarını müzakirə etməyi planlaşdırırdı.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İran həmçinin yeni nüvə sazişi ilə bağlı bir sıra təkliflər, o cümlədən ABŞ-nin gələcəkdə müqavilədən çıxmayacağına dair təminat məsələsini gündəmə gətirmək niyyətində olub. İddialara görə, Tehran ABŞ sazişdən çıxacağı təqdirdə, Vaşinqtondan İranın itkilərini ödəməyi öhdəsinə götürməsini istəyir. Qeyd olunur ki, İran artıq ABŞ-nin keçmiş lideri Cozef Baydenin administrasiyasına pul cəriməsi tətbiq etmək ideyasını çatdırıb, lakin bu ideya onun dövründə inkişaf etdirilməyib.
Nəşrin mənbələri vurğulayıb ki, ABŞ-nin İrana qarşı sanksiyalarının ləğvi perspektivi və onun zənginləşdirilmiş uran ehtiyatlarına nəzarət üçün mümkün şərtlər də Tehranın Romada müzakirə edəcəyi mövzular sırasındadır.
Qeyd edək ki, bu gün Romada İran və ABŞ nümayəndə heyətləri arasında dolayı danışıqların ikinci raundu baş tutub. Vasitəçi Omanın xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidi olub.
Oxşar xəbərlər
İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir
Romada ABŞ-İran danışıqlarının ikinci raundu başlayıb
İran və ABŞ Romada nüvə sazişi üzrə ikinci məşvərət raundunu başa çatdırıb
Axios: ABŞ və İran arasında ikinci danışıqlar raundunun Romada keçirilməsi mümkündür
KİV: ABŞ və İran arasında məsləhətləşmələrin ikinci raundu aprelin 19-da Romada keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













