Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının yeni formatda görüşü planlaşdırılır
Gürcüstan və Azərbaycanın parlamentlərarası əməkdaşlığı çərçivəsində dostluq qruplarının fəaliyyətində yeni mərhələyə keçid nəzərdə tutulur.
Bu barədə “Sizinxeber.az”un Gürcüstan bürosuna açıqlamasında ölkə parlamentinin Özünüidarəetmə və Regional Siyasət Komitəsinin sədri İrakli Kadaqişvili bildirib.
Onun sözlərinə görə, parlamentlərarası dostluq qrupları mütəmadi ikitərəfli görüşlər keçirirlər. Yaxın zamanlarda dostluq qruplarının ayrıca görüşü planlaşdırılıb: "Amma bu dəfə görüşdə hər iki parlamentin müvafiq ixtisaslaşmış komitələrinin də iştirakı nəzərdə tutulur ki, qarşılıqlı təcrübə mübadiləsi aparılsın, eyni məsələlər ətrafında birgə fikir mübadiləsi baş tutsun".
Kadaqişvili qeyd edib ki, belə bir yanaşma hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi və qanunvericilik sahəsində təcrübələrin bölüşdürülməsi baxımından əhəmiyyətlidir.
Komitə sədri əlavə edib ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın Gürcüstana son səfəri, eləcə də Gürcüstan parlamentində keçirilən görüşlər bu əməkdaşlığın nə qədər möhkəm olduğunu bir daha sübut edib:
“Elə bu yaxınlarda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Gürcüstana səfər etmişdi. Görüş parlamentdə baş tutdu. Parlament rəhbərləri arasında bu görüş zamanı iki ölkə və iki parlament arasında olan sıx əməkdaşlıq bir daha təsdiqləndi. Mən də yaxın vaxtlarda Azərbaycan parlamentində qonaq oldum”, – deyə Kadaqişvili bildirib.
Deputat vurğulayıb ki, parlamentlərarası bu əməkdaşlıq hər iki ölkənin siyasi, iqtisadi və ictimai maraqlarına xidmət edir və strateji tərəfdaşlıq ruhunda davam etdirilir.
Oxşar xəbərlər
Gürcüstan Parlamentinin Komitə sədri: Azərbaycan və Prezident İlham Əliyevin dəstəyi bizimçün vacibdir
Şalva Papuaşvili: Azərbaycanla dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək
Gürcüstan parlamentariləri gələn həftə Azərbaycana gələcək
Sahibə Qafarova gürcü həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
Serbiya Milli Assambleyasının sədri: "Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrimiz mövcuddur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












