Baş nazir: Ermənistan Azərbaycana delimitasiya ilə bağlı yazılı təkliflər göndərib
Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsi ilə bağlı yazılı təkliflər göndərib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan bildirib.
"Biz Azərbaycana prosesin davam etdirilməsinin məntiqi və konkret istiqamətinə dair yazılı təkliflər göndərmişik. İndi onların cavabını gözləyirik", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, təkliflər həm delimitasiyaya yanaşmaları, həm də işlərin davam etdirilməsinin təklif olunduğu sahələri əhatə edir. İlkin razılaşmaya əsasən, tərəflər şimaldan cənuba doğru - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyi planlaşdırırlar. Ermənistan tərəfi növbəti mərhələnin hansı sahədə başlana biləcəyini göstərib.
Oxşar xəbərlər
Ermənistan XİN: Sülh sazişi üzrə təkliflər paketini Azərbaycan tərəfinə göndərmişik
Paşinyan: İrəvan və Bakı kommunikasiyalar üzrə razılaşmaya yaxındır
Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Paşinyan: Sərhədlərin delimitasiyası prosesi 2024-cü ildə çox konkret xarakter alıb
Paşinyan: Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













