Gürcüstan Prezidenti Azərbaycanın Tbilisidəki səfiri ilə strateji tərəfdaşlığı müzakirə edib
Gürcüstan Prezidenti Azərbaycanın Tbilisidəki səfiri Faiq Quliyevlə görüş keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili özünün sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, görüş zamanı tərəflər Gürcüstan ilə Azərbaycan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər. Prezident bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq regionda sabitlik və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident, həmçinin Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi daimi və dəyişməz dəstəyə görə səfirə təşəkkürünü bildirib.
Görüş zamanı strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanın Tbilisidəki səfiri Gürcüstan DTX-nin rəisi ilə regional təhlükəsizliyi müzakirə edib
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Gürcüstanın Baş naziri: Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır
Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
