Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Moskva Vaşinqtonla münasibətlərini dəyişə bilər
Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Moskva Vaşinqtonla münasibətlərinə yenidən baxa bilər.
"Report" xəbər verir ki, bu barədə "National İnterest" yazır.
Məqalədə qeyd olunub ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ehtimalı Rusiya-ABŞ münasibətlərinə yenidən baxılması üçün yeni imkanlar açır: "Təzyiq əvəzinə iqtisadi əməkdaşlıq yanaşması Rusiyanın Qərblə əməkdaşlığına təkan verə bilər. Görünür, Prezident Donald Tramp ABŞ strategiyasına düzəliş etməyə hazırdır. Ola bilsin ki, o, Moskva ilə iqtisadi tərəfdaşlığı nəzərdən keçirsin. Bu, ABŞ üçün faydalı olacaq və Avropanı daha sülhsevər qitəyə çevirəcək", - məqalə müəllifi fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, martın 26-da ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində ölkəsinin müharibənin başa çatması kontekstində Rusiyanın SWIFT beynəlxalq bank sisteminə qayıtmasını nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Ukrayna XİN: Moskva və Kiyev müharibənin bu il başa çatması üçün nədənsə imtina etməlidir
Slovakiyanın Baş naziri: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Zelenski 2025-ci ildə müharibənin başa çatması üçün lazım olan şərtləri açıqlayıb
BMT-də Rusiyanın daimi nümayəndəliyində Trampın Ukrayna ilə bağlı təkliflərinə cavab verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













