Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
Ukrayna Rusiya ilə danışıqlara hazırdır.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour” telekanalına müsahibəsində deyib.
O bildirib ki, rəsmi Kiyev, həqiqətən, sülh istəyənlərlə danışıqlara hazırdır:
“Amma Rusiya sülh istəmir. Qarşı tərəfin məqsədi bizi məhv etməkdir. Moskva müharibənin başa çatması üçün danışıqlar aparmaq niyyətində deyil”.
V.Zelenskinin sözlərinə görə, bu il iyun ayının ortalarında İsveçrədə Sülh Sammiti olacaq: “Müharibəyə son qoymaq üçün plan hazırlanacaq. Bu sammit Rusiyasız keçiriləcək. Çünki Rusiya planlara mane ola bilər”.
Dövlət başçısının fikrincə, Rusiya danışıqlarda maraqlı deyil: “Ona görə də müharibənin ədalətli sülhlə bitməsini istəyən bir ölkə kimi təşəbbüs Ukraynadan gəlməlidir”.
V.Zelenski həmçinin söyləyib ki, Ukraynadakı uşaqlar hər şeyi başa düşürlər:
“Onlar, o cümlədən mənim uşaqlarım qələbəyə daha çox inanırlar, nəinki bəzi tərəfdaşlarımız. Uşaqlarımız bütün sualların cavablarını bilirlər. Onlar başa düşürlər ki, müharibənin başa çatması bəzi amillərdən asılıdır. Amma onlar bizim qalib gələcəyimizə əmindirlər. Övladlarımız buna şübhə etmirlər”.
Ölkə lideri qeyd edib ki, övladları onun taleyindən narahatdırlar:
“Məncə, onlar mənim müharibədən sağ çıxıb-çıxmayacağımdan qorxurlar”.
V.Zelenski bildirib ki, Ukrayna ABŞ-nin dəstəyi olmadan qalib gələ bilməyəcək:
“Açığını deyim ki, Konqresin yardımı olmadan bizim qalib gəlmək şansımız olmayacaq. Bu bizim üçün çox çətindir. Çünki Rusiya şəxsi heyət və texnika baxımdan daha üstündür".
O həmçinin vurğulayıb ki, Rusiya işğal altındakı Krımdan Ukrayna ərazisinə zərbələr endirir.
Oxşar xəbərlər
Putin ölkəsinin Ukraynadakı durumla bağlı Qərblə danışıqlara hazır olduğunu deyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Medvedev: Ukrayna Rusiya ərazisidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Çinin Ukrayna ilə bağlı planını real adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Medvedyev: Ukrayna ilə danışıqlar Kiyev rejimi dəyişdikdə mümkün olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ institutu: Ukrayna ordusunda silah-sursat çatışmazlığı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












