Emoməli Rahmon: Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir
sizinxeber.az xəbər saytı

Emoməli Rahmon: Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir


Tacikistan və Qırğızıstan hava əlaqələrini bərpa edir.

“Sizinxeber.az” Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Bişkekdə iki günlük səfərdə olan Tacikistan prezidenti Emoməli Rahmon bildirib.

O bəyan edib ki, sabah Düşənbə-Bişkek və Bişkek-Xücənd reyslərinin açılışı olacaq.

"Biz iki sərhəd-buraxılış məntəqəsinin açılış mərasimini onlayn rejimdə keçirdik. Qarşıdakı dövrdə iki ölkənin bu sahədəki iqtisadi potensialından səmərəli istifadə etməklə ticari-iqtisadi əməkdaşlığın keyfiyyətli inkişafı üçün zəruri tədbirlər görüləcək", - S.Japarov bildirib. 

Bundan əlavə, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında su-enerji infrastrukturu və yol-nəqliyyat infrastrukturu üzrə iki saziş imzalanıb.

Oxşar xəbərlər

Qırğızıstan və Tacikistan prezidentləri dövlət sərhədi üzrə müqavilə imzalayıblar
Tacikistan və Qırğızıstan arasında sərhəd açılacaq
Qırğızıstan Prezidenti: Bişkek və Düşənbə sərhədlərin delimitasiyasını başa çatdırıb
Tacikistan və Qırğızıstan prezidentləri Qazaxıstanda işgüzar səfərdədirlər
İran Prezidenti Tacikistan və Rusiyaya səfər etməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər