Paşinyan: Ermənistan hakimiyyəti yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır
“Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır”.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla görüşündə deyib.
“Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu qanunvericilik aktında Azərbaycana qarşı ərazi iddiaları olduğu üçün Bakı dəfələrlə Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Ekspert Onnik Krikoryan: Ermənistan vətəndaşlarının 88 faizi dəyişikliyə qarşı çıxa bilər
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
Paşinyan: Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var
Nazir: Ermənistanın yeni konstitusiyaya ehtiyacı var, 2027-ci ildə referendum keçirilə bilər
Nazir: Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











