Türkmənistan beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşıdır
“Türkmənistan beynəlxalq münasibətlərdə güc tətbiqini dəstəkləmir və münaqişələrin hərbi yolla həllinə qarşıdır”.
“Report” “Euronews” telekanalına istinadən xəbər verir ki, bunu Türkmənistan Xalq Maslaxatının (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədov Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq cəhdləri ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, qlobal mövqedən Türkmənistan beynəlxalq münasibətlərdə güc tətbiqini dəstəkləmir, çünki müharibə mövcud vəziyyətlərin həlli yolu deyil və bu, təcrübədə dəfələrlə təsdiqlənib:
“Gözəl bir türkmən atalar sözü var: “Müharibədə qalib yoxdur”. Bizi hərəkətə gətirən və aparacaq da, prinsipcə doğru olan bu sözdür”.
O, həmçinin xatırladıb ki, Türkmənistanın xarici siyasətinin əsasını neytrallıq təşkil edir və bu, ölkənin dünya birliyi ilə, o cümlədən çətin şəraitdə qarşılıqlı fəaliyyət prinsiplərini müəyyən edir.
“Ölkəmiz hüquqi baxımdan sırf Birləşmiş Millətlər Təşkilatının nizamnaməsi və beynəlxalq hüququn hamılıqla tanınmış normaları əsasında yaranan bütün dövlətlərarası mübahisələrin həllinin tərəfdarıdır”.
Oxşar xəbərlər
Türkmənistan və Türkiyə İran üzərindən qaz tranziti ilə bağlı razılıq əldə edib
Türkmənistan nəqliyyat dəhlizlərinin inkişafında Dünya Bankı ilə əməkdaşlıq edəcək
Gürcüstan Baş naziri və Türkmənistan Prezidenti Orta Dəhlizin inkişafını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
