KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır
sizinxeber.az xəbər saytı

KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır


Ermənistanın hakim "Mülki müqavilə" partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Iravunq” qəzeti partiya mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, baş nazir Nikol Paşinyan özü bunu bir neçə silahdaşına dolayısı ilə deyib. Paşinyan bildirib ki, onlar fövqəladə hallarda hakimiyyəti istənilən an əldə saxlamağa hazır olmalıdırlar.

"O, hətta ən pis halda seçki siyahısına şəxsən rəhbərlik etməyəcəyinə, təki "öz" adamının olmasına işarə edib. Hakim partiya üzvləri bu xəbərdən şoka düşüblər və kuluarlarda narahatlıqlarını ifadə edərək liderlərinin kimi "qurban" verə biləcəyini sual ediblər", - nəşr qeyd edir.

Daha əvvəl Paşinyan İctimai Televiziyaya müsahibəsində hakimiyyətin növbədənkənar seçkilər keçirməyi planlaşdırmadığını bildirmişdi.

Oxşar xəbərlər

Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan hakimiyyəti növbədənkənar seçkilərə gedəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın adı qalmaqalda hallanan deputatı hakim partiyadan qovulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erməni deputat: Paşinyan yaxın aylarda istefa verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər