Erməni deputat: Paşinyan yaxın aylarda istefa verəcək
sizinxeber.az xəbər saytı

Erməni deputat: Paşinyan yaxın aylarda istefa verəcək


Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək.

“Sizinxeber.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, belə iddia ilə Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib.

O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib.

Ötən ilin sonuna qədər hakim komandada olan və yuxarı dairələrdə baş verənlərdən xəbərdar olan Ağazaryan hesab edir ki, cari xarici siyasi hadisələr növbədənkənar seçkilərin hakimiyyətin maraqlarına uyğun olduğu şəraiti yaradır. Onun sözlərinə görə, hazırda Paşinyanın yenidən etimad mandatı alması və öz planlarını irəli aparması üçün daha çox şansı var.

"Növbədənkənar seçkilər keçirmək üçün başqa səbəblər də var", - Ağazaryan təfərrüatları açıqlamadan vurğulayıb.

Oxşar xəbərlər

Ermənistanın adı qalmaqalda hallanan deputatı hakim partiyadan qovulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyanın keçmiş partiyadaşları ona qarşı birləşirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan hansı halda istefa verə biləcəyini AÇIQLADI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda daha bir deputat hakim partiyanın fraksiyasından qovulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan istefa verəcək? - Özü açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər