Papuaşvili: USAID 2024-cü ildə Gürcüstan QHT-lərinə 41,7 milyon dollar ayırıb
Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT) 2024-cü ildə ölkədə parlament seçkiləri ərəfəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 41 milyon dollardan çox vəsait alıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili feysbuk səhifəsində paylaşım edib.
"USAID siyasi korrupsiya vasitəsilə Gürcüstanda seçkilərə 41,7 milyon dollar xərcləyib. ABŞ və Gürcüstan əhalisinin nisbətinə görə hesabladıqda, bu, ABŞ-də seçkilərə xaricdən xərclənən 3,78 milyard dollar təşkil edərdi. Ölkələrin ÜDM-ni əsas götürsək, bu müqayisə daha təəccüblü olacaq", - o yazıb.
Parlamentin sədri Gürcüstanda seçkiləri müntəzəm olaraq pozmağa çalışan təşkilatlara on milyonlarla dolların necə ayrıldığına aydınlıq gətirilməsini tələb edib.
"Başqa bir ölkədə seçkilərə 41,7 milyon dollar xərcləyib həmin ölkənin əhalisi qarşısında heç bir məsuliyyət hiss etməmək mümkün deyil", - Ş.Papuaşvili bildirib.
Oxşar xəbərlər
Papuaşvili: USAID 2024-cü ildə seçkiləri pozmağa çalışan Gürcüstan QHT-lərinə 41,7 milyon dollar ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
USAID Ermənistana 250 milyon dollar maliyyə yardımı ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın xarici dövlət borcu ilk dəfə 9 milyard dolları keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Papuaşvili: USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, ciddi səhvlərə yol verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Dünya Bankı Ukraynaya 485 milyon dollar ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












