Papuaşvili: USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, ciddi səhvlərə yol verdi
sizinxeber.az xəbər saytı

Papuaşvili: USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, ciddi səhvlərə yol verdi


USAID Gürcüstan-ABŞ dostluğunu gücləndirmək əvəzinə, hələ də düzəldilməyən bəzi ciddi səhvlərə yol verib.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "X"də USAID-in ölkədəki fəaliyyəti ilə bağlı tənqidi paylaşımında qeyd edib.

O vurğulayıb ki, şəxsən özü ABŞ Konqresini qəsdən edilmiş bu səhvləri araşdırmağa çağırıb, lakin heç bir nəticə əldə olunmayıb.

Parlament sədri, xüsusilə, 2020-ci ildə keçirilən seçkilərdən sonra baş verən hadisələri xatırladaraq deyib ki, USAID tərəfindən maliyyələşdirilən ISFED adlı "QHT NDI" proqram təminatından istifadə edərək saxta nəticələr yayıb və seçkilərin saxtalaşdırıldığını iddia edib. Lakin sonradan "Gürcü Arzusu" Partiyası saxtakarlığı ifşa edib və ISFED də bunu etiraf edib.

Papuaşvili iddia edib ki, USAID-in yerli nümayəndəsi Adam Şmidt ISFED məlumatlarının audit edildiyini və heç bir səhvin olmadığını deyərək həm Gürcüstan hökumətini, həm də xalqı aldadıb. O, həmçinin həmin dövrdə ABŞ-nin Gürcüstandakı səfirini də ittiham edərək səfirin böyük ehtimalla məsələdən xəbərdar olmasına baxmayaraq, susduğunu bildirib.

Spiker əlavə edib ki, ISFED bu gün də xarici maliyyə dəstəyi ilə Gürcüstanda fəaliyyətini davam etdirir və 2024-cü il seçkilərinin saxtalaşdırıldığını iddia edir. Ancaq nəticələri açıqlamır, çünki həmin nəticələr Mərkəzi Seçki Komissiyasının rəqəmləri ilə uyğun gəlir.

Parlament sədri bu nəticələrin USAID-in təzyiqi ilə gizlədildiyi barədə əsaslı şübhələrinin olduğunu bildirib.

“Görünür, indi keçmiş nəinki Gürcüstanda, hətta ABŞ-də də USAID-i izləyir”, - o paylaşımında qeyd edib.

Oxşar xəbərlər

Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentinin sədri: Seçkilər şər və xeyir, dinsizlik və mənəviyyat arasında seçimdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlamentin sədri: Müxalifət 2020-ci il seçkilərinin ssenarisini təkrarlamağa hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Papuaşvili: Gürcüstan hökuməti pirotexnikanın idxalını məhdudlaşdırmağı planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentinin sədri: ABŞ səfirliyi ölkəmizdə dezinformasiya məkanına çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər