Gürcüstanın AŞPA-dan çıxması ədalətsiz münasibətə qarşı verilmiş düzgün qərardır - RƏY
Gürcüstan parlament nümayəndə heyətinin AŞPA-dan çıxmaq qərarı ədalətsiz münasibətə və ikili standartlara qarşı düzgün qərardır.
Bu sözləri "Sizinxeber.az"un yerli bürosuna gürcü ekspert Vado Şakarişvili deyib.
Onun sözlərinə görə, AŞPA və ya başqa bir təşkilat nümayəndəliyi üçün yeni seçkilər tələb edirsə, bu, təhqirdir və qəbuledilməzdir:
"Gürcüstanın demokratik hökuməti davamlı olaraq öz suverenliyini təmin etmək, sülhü qorumaq və milli maraqları müdafiə etmək istiqamətində çalışır. Lakin AŞPA-nın Gürcüstan ilə bağlı verdiyi qərar çox ədalətsiz qərardır".
Ekspert bildirib ki, hər kəs Gürcüstan xalqının iradəsini və Gürcüstanın demokratik hökuməti üçün səs vermiş 1 milyon 120 min seçicinin qərarını hörmətlə qarşılamalıdır.
V.Şakarişvili qeyd edib ki, əgər gələcəkdə Gürcüstana qarşı ədalətsiz münasibət uzun müddət davam etməzsə, Avropa Şurasının Parlament Assambleyasına qayıtmaq məsələsi müzakirə oluna bilər:
"Əsas siyasi mesaj budur ki, Gürcüstan öz suverenliyini, sülhü və milli maraqlarını möhkəm müdafiə etməkdə davam edəcək, Avropa bürokratiyasından gələn siyasi təzyiqlərə isə yox deyir".
“Məlumdur ki, avrobürokratiya “dərin dövlət”in nəzarəti altındadır və Trampın yeni administrasiyasına baxmayaraq, hələ də Bayden administrasiyasının siyasətini həyata keçirir. Bu da uzun sürməyəcək və tezliklə hər şey öz axarına dönəcək”, – ekspert əlavə edib.
Oxşar xəbərlər
Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Tsulukiani: AŞPA-nın Gürcüstanda yeni seçkilərin keçirilməsi tələbi qəbuledilməzdir
Kobaxidze AŞPA-nın təkrar seçkilərlə bağlı qətnaməsini absurd adlandırıb
Azərbaycan parlament seçkilərini müşahidə etmək üçün AŞPA-ya dəvət göndərməyib - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














