Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu bildirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə o, Finlandiyanın “Lännen Media” informasiya agentliyinə müsahibəsində deyib.
A.Mirzoyan bunu münasibətlərin normallaşması prosesində müsbət xəbər kimi qiymətləndirib.
“Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir. Təbii, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidir, sərhədin demarkasiyası gələcək sabitliyin təminatıdır”.
Kommunikasiyaların açılması məsələsinə toxunan Mirzoyan qeyd edib ki, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər:
“Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.
Oxşar xəbərlər
Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ararat Mirzoyan COP29-a dəvət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mirzoyan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik rolunu konstruktiv adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mirzoyan Baydenin köməkçisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mirzoyan: Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












